Əməkdaşlıq

 

Şirkətimiz müştərilərin istəyinə uyğun olan alış-veriş üçün 500-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Vətəndaşlar və ölkəmizə gələn qonaqların daimi alış-veriş məkanı olan Fresco supermarketlər şəbəkəsi olaraq müştərilərimizə Azərbaycanda və xaricdə istehsal olunmuş məhsulların 23000-ə yaxın geniş çeşidini təqdim etməkdəyik. Biz yerli və xarici şirkətlərlə sıx əməkdaşlıq əlaqələri yaradaraq regional və beynəlxalq bazara çıxışa, həmçinin bununla əlaqədar əməkdaşlıq əlaqələrini genişləndirməyə nail olmaq uğrunda fəaliyyət göstəririk.