Biz kimik

FRESCO supermarketləri Avstriyanın EMSA Capital İnvestisiya Fondunun sərmayəsi ilə yaradılmış və 2010-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərən Azeri Retail MMC-nin ticarət şəbəkəsinə daxildir.

600-dən çox gülərüz və xüsusi təlimlər keçmiş peşəkar kadr heyətindən ibarət olan komandamız Bakı şəhəri, Xırdalan şəhəri, Mərdəkan qəsəbəsi və Novxanı kəndində yerləşən 10 supermarketimizdə gün ərzində ortalama olaraq 25,000-ə yaxın müştəriyə xidmət göstərir.
Vətəndaşlarımız və ölkəmizə gələn qonaqlarımızın daimi alış-veriş məkanı olan FRESCO supermarketlər şəbəkəsi müştərilərinə Azərbaycanda istehsal olunmuş və xaricdən idxal olunmuş məhsulların 22000-ə yaxın geniş çeşidini təqdim edir.