Bonus kartı haqqında

Bonus kartı nədir?

Bonus kartları vasitəsilə güzəştli qiymətlərlə alış-veriş etmək, bonuslar qazanmaq mümkündür. Bonus kartlarının hazırlanması – şirkətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Biz sizə etibarlı bir kart hazırlamağa çalışdıq.

Kartın fərqliliyi

“Sevimlim Fresco” bonus kartında digərlərindən fərqli olaraq balansda bonuslar toplamaq üçün alış-verişin məbləğinə və vaxta heç bir məhdudiyyət qoyulmur. Yəni siz ödədiyiniz məbləğdən asılı olmayaraq, kartı ilk əldə etdiyiniz andan istifadə edə bilərsiniz.

Kartı necə əldə etmək olar? “Sevimlim Fresco” bonus kartı 18 yaşına çatmış müştərilərə xüsusi blankı doldurmaqla pulsuz verilir. Hər alış-veriş edərkən kartınızı kassada təqdim edərək topladığınız bonus məbləğini artıra və ondan istifadə edə bilərsiniz. Bonus məbləğini qəbzin üzərində görmək mümkündür. “Sevimlim Fresco” bonus kartı “Fresco” supermarketlər şəbəkəsinin istənilən supermarketində bonusların yığımına və onlardan istifadə edilməsinə təminat verir.