Fəaliyyət prinsiplərimiz

1. Mövcudluğumuzun əsası Müştəridir – hər bir müştəriyə hörmət və nəzakətlə davranmaq ən mühim vəzifəmizdir;

2. Müştərilərimizə sədaqət – şirkətimizlə müştərilərimiz arasında qurulan münasibətdə hər zaman verdiyimiz dəyərdir;

3. Yüksək səviyyəli xidmət – hər bir müştəri bizim üçün dəyərlidir və bizim bütün fəaliyyətimiz onların göstərilən xidmətdən məmnun qalmaqlarına istiqamətlənmişdir;

4. Bol çeşid və yüksək keyfiyyət siyasəti – müştərilərimizə keyfiyyətli və təzə məhsulların çeşidlərini xüsusi endirimli və hədiyyəli kampaniyalar təqdim edərək onları sevindirmək bizim işimizdir;

5. Şəffaflıq və təmizlik – ədalətli davranış, nəzarət və gigiyenik şəraiti təmin edərək düzgünlük, obyektivlik əsasında hər bir müştəriyə yüksək səviyyədə xidmət göstərməkdir.