Fəlsəfəmiz

FRESCO supermarketlər şəbəkəsi yarandığı ilk gündən müştərilərini məmnun etmək üçün yüksək xidmət göstərməyi özünün əsas missiyası kimi qəbul etmişdir. FRESCO supermarketlər şəbəkəsi Azərbaycan istehlakçısının sevimli supermarketi şərəfinə nail olmaq məqsədilə yüksək keyfiyyətə malik, bol çeşidli məhsul növləri ilə mütəmadi olaraq xüsusi endirimli və hədiyyəli kampaniyalar həyata keçirir.

Həmçinin daim innovativ fəaliyyət və dünya praktikasına əsaslanaraq və yüksək xidmət göstərərək müştəri məmnunluğuna nail olmaq şirkətin prioritet istiqamətlərindəndir. Bu yolda çeşidli və keyfiyyətli məhsul növləri ilə zəngin olan Fresco mağazalarımızda təmizliyə, təhlükəsizliyə və əlverişli mühitin təmin edilməsinə səy göstərilmişdir. Geniş rəqabət bazarında nüfuza sahib olmağımız isə keyfiyyət siyasətinə riayət etməyimizdən irəli gəlmişdir.