Our philosophy

Our philosophy

FRESCO supermarketlər şəbəkəsi yarandığı ilk gündən daim müştəri məmnunluğuna nail olmaq üçün yüksək xidmət göstərməyi özünün əsas missiyası kimi qəbul etmişdir. FRESCO supermarketlər şəbəkəsi Azərbaycan istehlakçısının ən sevimli supermarketi olmaq şərəfinə nail olmaq və müştərilərinə daim yaxın olmaq məqsədilə, yüksək keyfiyyətə malik və bol çeşidli məhsul növləri ilə mütəmadi olaraq xüsusi endirimli və hədiyyəli kampaniyalar həyata keçirir.

Həmçinin daim innovativ fəaliyyət və dünya praktikasına əsaslanaraq və yüksək xidmət göstərərək müştəri məmnunluğuna nail olmaq şirkətin prioritet istiqamətlərindəndir. Bu yolda çeşidli və keyfiyyətli məhsul növləri ilə zəngin olan Fresco mağazalarında təmizliyə, təhlükəsizliyə və əlverişli mühitin təmin edilməsinə səy göstərilmişdir. Geniş rəqabət bazarında nüfuza sahib olmağımız keyfiyyət siyasətinə riayət etməyimizdən irəli gəlmişdir.