Fresco Bakı 2017-nin rəsmi dəstəkçisi

Fresco Bakı 2017-nin rəsmi dəstəkçisi

Fevral ayında imzalanmış müqaviləyə əsasən, Fresco Bakı 2017 – IV İslam Həmrəyliyi Oyunlarının promo məhsullarının Rəsmi Pərakəndə Satış Operatoru oldu.

Açılış və bağlanış mərasimləri zamanı ölkəmizə gəlmiş turistlər və yerli əhali IV İslam Həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları Fresco supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində fəaliyyət göstərən mağazalarından əldə edə bildilər. Həmçinin, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün Fresco-nun universal mağazası fəaliyyət göstərdi. Bundan əlavə “Fresco” Bakı 2017 Mascot Proqramının da Rəsmi Dəstəkçisi olmuşdur.

Bakı 2017 Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd rəsmi tərəfdaşlığın önəmindən danışarkən bu cür mötəbər tədbirlərin önəmi haqqında məlumatların ictimaiyyətə çatdırılmasında, əhalinin bu oyunlar haqda məlumatlandırılmasında  pərakəndə satış mərkəzlərinin böyük rolu olduğunu bildirmişdir. Azeri Retail MMC-nin baş direktoru, Dr. Kamran Eyyubov isə öz çıxışında aşağıda qeyd olunan fikirləri İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin heyəti ilə bölüşmüşdür:

“Fresco ailəsinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının  rəsmi dəstəkçisi olduğu üçün qürur hissi duyuram. Əminəm ki, şirkətimizin hər bir üzvü üzərimizə düşən məsuliyyətin öhdəsindən peşəkarcasına gələcək”.
Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının kommersiya proqramı 8 rəsmi tərəfdaşdan və 10 rəsmi dəstəkçidən ibarət idi. Fresco isə rəsmi dəstəkçi kimi ilk müqavilə imzalayan şirkətlərdən olmuşdur.

IV İslam Həmrəyliyi Oyunları yekunlaşdıqdan sonra Baş Direktor Dr. Kamran Eyyubov göstərdikləri xidmətlərə görə komanda üzvlərinə öz təşəkkürünü bildirdi və IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş bütün əməkdaşlara sertifikatlar təqdim olundu.