İNSAN RESURSLARI

İnsan Resursları səhifəsinə xoş gəlmisiniz!

Bu səhifədə siz məşğulluq və karyera siyasətimiz barədə maraqlandığınız suallara cavab tapa bilərsiniz.

Hər bir təşkilat üçün işçi heyətinin, yəni “insan amilinin” əsas götürülməsi və onların peşəkar idarə edilməsinin əhəmiyyəti idarəetmə nəzəriyyəsinin əsasını təşkil edir.

İnsan Resurslarının idarə edilməsində 3 “R” (right time, right position, right person) prinsipi geniş qəbul edilmişdir. Açıqlaması – əməkdaşın vaxtında, zamanında, uyğun vəzifəyə münasibliyi deməkdir. Münasib adamları işə cəlb etmək, onları düzgün mükafatlandırmaq, təlim keçmək, inkişafa həvəsləndirmək, ruhlandırmaq çox vacibdir.

İnsan Resursları departamentinin funksiyasının ümumi rolu kadr məsələləri üzrə istiqamət göstərməklə, şirkətə öz məqsədlərinə nail olmaqda xidmət etməkdir.

Fresco komandasında əməkdaşlara öz bacarıqlarını, imkanlarını tam istifadə etmək və potensiallarını üzə çıxarmaq üçün lazımi iş şəraitinin yaradılması əsas faktor hesab edilir. Eləcə də təlim, mükafatlandırma, işçilərimizin sağlamlıq və təhlükəsizliyinin təmin edilməsi mühüm amillərdəndir.

Biz işçilərimizə məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirməklə yanaşı, şəxsi məsələlərinin həllinə də kömək göstərməyə çalışırıq. Bu bizim komanda üzvlərimizə tək icraçı şəxs kimi deyil, həm də bir dost kimi yanaşmağımızla bağlıdır.

Şirkətimizdə daim yüksək göstəriciləri olan işçilərimizin fəaliyyətləri effektivliyi təmin edən müavinət və mükafatlarla qiymətləndirilmişdir.

İnsan resurslarının dəyərləri:

1. İşçilərlə əməkdaşlıqda obyektivlik, həssaslıq prinsiplərini və insan resursları praktikasını həyata keçirmək;

2. İşçilərimizin fürsət bərabərliyini təmin etmək;

3. Dəyişikliyə hazır olmaq və zamanın tələbinə uyğun sistemlə işləməyi təmin etmək;

4. Müxtəlif yaradıcı düşüncə və fikirlərin ifadəsini təşviq edən korporativ mədəniyyət yaratmaq;

5. Təşkilat çərçivəsində informasiya paylaşımını və açıq ünsiyyəti təşviq etməklə komanda ruhunu inkişaf etdirmək;

6. Sosial məsuliyyət hissi ilə hərəkət etmək.