Müştəri hüquqları

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu

II fəsil. İstehlakçıların hüquqları

Maddə 3. İstehlakçıların hüquqları

Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

§ malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;

§ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;

§ malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;

§ malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;

§ qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;

§ öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;

§ ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.

_____________________________________________________________________________________________________

Fresco-dan aldığınız məhsul sizi qane etməzsə, 14 gün ərzində alış-veriş qəbzi ilə birlikdə geri qaytarma hüququna maliksiniz. Qəbz olmadığı halda geri qaytarma mümkün deyildir.

Əgər məhsulların üzərində son istifadə müddəti keçmiş olarsa, qəbzlə birlikdə geri qaytarıb, eyni məhsulun yenisini ödənişsiz ala bilərsiniz.

Əgər barkodu və adı düzgün qeyd olunmaq şərtilə qiymətlikdə göstərilənlə kassada çıxan qiymət fərqli olarsa, siz ucuz olan qiyməti ödəyəcəksiniz.