SAT Forum 2017

SAT FORUM ölkəmizdə mövcud olan şirkətlərin vəziyyətinin müzakirə edilməsi və onların inkişafına dəstək olmaq üçün təşkil edilən tədbirdir. Forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effüktiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Tədbirin qonaqları həmçinin spikerləri ölkənin ən inkişaf etmiş biznes sahibləri, satış sahəsində lider şirkətlərin rəhbərləri oldu.

Baş Direktorumuz Dr. Eyyubov Kamran ölkəmizin ilk Satış Forumuna dəvət olunmuş qonaqlar sırasında idi. O öz dəyərli fikirlərini, uğurlu, müasir biznes qaydaları haqqında maraqlı faktları, öz təcrübəsini forumun iştirakçıları ilə paylaşdı və iştirakçıların suallarını cavablandırdı. Eyni zamanda Kamran müəllimə ünvanlanan suallar da çox maraqlı müzakirələrə səbəb oldu və bəzi önəmli məqamlar qeyd olunmaqla çox faydalı bir görüş keçirildi.

500 nəfərədək satış və marketinq mütəxəssislərinin iştirak etdiyi tədbirdə çətin iqtisadi dövrdə satışların artırılması üçün həll yolları, satış strategiyaları və əldə edilən nəticələr barəsində maraqlı müzakirələr edildi.

Ölkəmizin ilk Satış Forumunun maraqlı anlarından olan şəkilləri sizinlə paylaşırıq.