Bu gün üçüncü çərşənbə - Yel çərşənbəsidir.

​​​​Yel çərşənbəsi xalq arasında Külək çərşənbəsi də adlanır.
Baharın gəlişi ilə havaların dəyişməsi, həzin küləklərin və mehlərin olması insan aləminə xoş təsir bağışlayır. Təbiətdə yazın ətri duyulmağa başlayır. Sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir, təbiətdə bir dinamika yaradır.
Məhz bu çərşənbədə təmizlik işlərinə xüsusi diqqət edilir. Xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Bu çərşənbədə də qazanlar qaynamalı, hamı birlikdə süfrə başına yığışmalıdır.
Dəyərli səhifə izləyicilərimiz, çərşənbənizi təbrik edir, sizə baharın bu həzin nəfəsindən, günəşin bu incə işıltısından zövq almağı arzu edirik.