Bu gün yazın gəlişinə işarə edən Novruz çərşənbələrindən sonuncusu Torpaq çərşənbəsidir.

Çərşənbələrdə yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hopub onları oyadır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür. Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. İlaxır çərşənbədə süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar. Həmçinin, hər kəs öz ailəsinin yanında olmalı, qoca və xəstə insanlar ziyarət olunmalıdırlar.
Ömrünüz həmişə bahar içində keçsin, evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın! Çərşənbəniz mübarək!