23 Mart - Bakı Bulvarında möhtəşəm tədbir baş tutdu!

IV İslam Həmrəyliyi Oyunlarının başlamasına artıq 50 gün qaldı. Bununla əlaqədar olaraq 23 mart tarixində Bakı Bulvarında Grassroots Proqramı çərçivəsində möhtəşəm tədbir keçirilib. Tədbirdə oyunların idmançı və ulduz səfirləri, eləcə də Bakı 2017 maskotları olan İncə və Cəsur iştirak etmişdilər.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Rəsmi dəstəkçisi olaraq Fresco supermarketlər şəbəkəsi də tədbirə qatılanlar sırasında idi. İştirakçılar Fresco supermarketlər şəbəkəsinin təşkil etdiyi yarışmalarda iştirak etdilər və Bakı 2017 məhsullarından hədiyyələr qazanaraq, əyləncəli anlar yaşadılar. Yarışmada qalib gələnlər arasında həm həmvətənlərimiz, həm də xarici vətandaşlar da oldu. Bütün bunlarla yanaşı Fresco supermarketlərində satışı həyata keçiriləcək Bakı 2017 rəsmi məhsullarının - köynəklərinin, qələmlərinin təqdimatı keçirilmişdir.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Həmin tədbirdən olan görüntüləri sizə təqdim edirik.

Hər kəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında idmançılarımıza dəstək olmağa çağırırıq.