Haqqımızda


Biz kimik?

FRESCO supermarketləri Avstriyanın EMSA Capital İnvestisiya Fondunun sərmayəsi ilə yaradılmış və 2010-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərən Azeri Retail MMC-nin ticarət şəbəkəsinə daxildir.

650 nəfərə yaxın gülərüz və xüsusi təlimlər keçmiş peşəkar kadr heyətindən ibarət olan komandamız Bakı şəhəri, Xırdalan şəhəri, Mərdəkan qəsəbəsi və Novxanı kəndində yerləşən 10 supermarketimizdə gün ərzində ortalama olaraq 25000 müştəriyə xidmət göstərir.
Vətəndaşlarımız və ölkəmizə gələn qonaqlarımızın daim alış-veriş məkanı olan FRESCO supermarketlər şəbəkəsi müştərilərinə Azərbaycanda istehsal olunmuş və xaricdən idxal olunmuş məhsulların 22000-ə yaxın geniş çeşidini təqdim edir.


Fəlsəfəmiz

FRESCO supermarketlər şəbəkəsi yarandığı ilk gündən daim müştəri məmnunluğuna nail olmaq üçün yüksək xidmət göstərməyi özünün əsas missiyası kimi qəbul etmişdir. FRESCO supermarketlər şəbəkəsi Azərbaycan istehlakçısının ən sevimli supermarketi olmaq şərəfinə nail olmaq və müştərilərinə daim yaxın olmaq məqsədilə, yüksək keyfiyyətə malik və bol çeşidli məhsul növləri ilə mütəmadi olaraq xüsusi endirimli və hədiyyəli kampaniyalar həyata keçirir.


Fəaliyyət prinsiplərimiz

Mövcudluğumuzun əsası müştəridir
Yüksək səviyyəli xidmət
Bol çeşid
Şəffaflıq və təmizlik
Xüsusi endirimli və hədiyyəli kampaniyalar


Dəyərlərimiz

FRESCO ailəsinin əsas dəyərləri həmrəylik, dürüstlük, şəffaflıq, tənqidə və təkliflərə qarşı açıq olmaq, ən xırda detala diqqət yetirmək və cəmiyyətdə fərqlilik yaratmaqdır.


Gələcəyə baxış

Azərbaycan istehlakçısının ən sevimli supermarketi olaraq ölkəmizin hər bir guşəsində müştərilərimizə xidmət göstərmək FRESCO ailəsinin nail ola biləcəyi ən yüksək amaldır.