Şikayət və təkliflər

Dəyərli müştərilər, supermarket olaraq seçiminizi “Fresco” üzərində saxladığınıza görə sizə minnətdarlığımızı bildiririk.

Biz, sizi yüksək qiymətləndirir və gələcəkdə də sizə davamlı olaraq yüksək səviyyədə xidmət göstərmək arzusundayıq. Sizin fikir və təkliflərinizi eşitmək, nəticədə işimizi daha yüksək bir səviyyəyə qaldırmaq bizim üçün hər zaman maraqlı və önəmlidir. Bizim vəzifəmiz, sizlərə şəffaf şəkildə yüksək və keyfiyyətli xidmət göstərməkdən ibarətdir. Müvəffəqiyyətimiz müştərilərimizi məmnun etmək qabiliyyətimizdən asılıdır və bu səbəbdən məhz müştəri məmnunluğu bizim üçün birinci yerdə duran bir prioritetdir.

Əgər, işçi heyətimiz tərəfindən göstərilən xidmət, əməkdaşlıq etdiyimiz şirkətlərin məhsulları hansısa səbəbdən sizi qane etməzsə və ya fəaliyyətimizlə bağlı təklif bildirmək arzunuz olarsa ümid edirik ki, bizə bu barədə məlumat verəcəksiniz. Şikayət və təkliflərinizlə bağlı bizə məlumat verərkən xahiş edirik ki, aşağıdakı vasitələrdən istifadə etməkdə tərəddüd etməyəsiniz:

1. Müştəri xidmətlərinin qaynar xəttinə – 077 440 77 66 – zəng edə bilərsiniz;

2. info@azeriretail.az e-mail ünvanına məktub göndərə bilərsiniz;

3. Aşağıdakı formu dolduraraq müraciət edə bilərsiniz.

Sizi əmin etmək istəyirik ki, qəbul etdiyimiz istənilən şikayət üzrə məsələnin həll olunması istiqamətində dəqiq araşdırma aparılacaqdır.

Biz sizin məlumatlarınıza çox ciddi yanaşırıq.

Seçiminiz Fresco olduğu üçün sizə təşəkkürümüzü bildiririk.