Complaints and suggestions

Complaints and suggestions

Dəyərli müştərilər, supermarket olaraq seçiminizi “Fresco” üzərində saxladığınıza görə sizə minnətdarlığımızı bildiririk. Biz, sizi yüksək qiymətləndirir və gələcəkdə də sizə davamlı olaraq yüksək səviyyədə xidmət göstərmək arzusundayıq. Sizin fikir və təkliflərinizi eşitmək, nəticədə işimizi daha yüksək bir səviyyəyə qaldırmaq bizim üçün hər zaman maraqlı və önəmlidir. Bizim vəzifəmiz, sizlərə ən şəffaf şəkildə yüksək və keyfiyyətli xidmətləri göstərməkdən ibarətdir. Müvəffəqiyyətimiz müştərilərimizi məmnun etmək qabiliyyətimizdən asılıdır və bu səbəbdən məhz müştəri məmnunluğu bizim üçün birinci yerdə duran bir prioritetdir. Əgər, bizim işçi heyətimiz tərəfindən göstərilən xidmət, əməkdaşlıq etdiyimiz şirkətlərin məhsulları hansısa səbəbdən sizi qane etməzsə və ya bizə fəaliyyətimizlə bağlı təklif bildirmək arzunuz olarsa ümid edirik ki, bizə bu barədə məlumat verəcəksiniz.

İstehlakçı müraciətlərinə baxılması və cavablandırılması məqsədi ilə istehlakçı minimal olaraq özü və müraciət predmeti haqqında aşağıdakı məlumatları təqdim etməlidir: (müvafiq formanı dolduraraq göndərməniz xahiş olunur)

· Müraciətçinin ad, soyad, ata adı*

· Əlaqə nömrəsi *

· doğum tarixi*

· ünvan

· müraciətin məzmunu.*

Şikayət və təkliflərinizlə bağlı bizə məlumat verərkən xahiş edirik ki, aşağıdakı vasitələrdən istifadə etməkdə tərəddüd etməyəsiniz.

1. Müştəri xidmətlərinin qaynar xəttinə – 077 440 77 66 zəng edə bilərsiniz; 2. Customer@azeriretail.az e-mail ünvanına məktub göndərə bilərsiniz.

3. Aşağıdakı formu dolduraraq müraciət edə bilərsiniz.

Sizi əmin etmək istəyirik ki, qəbul etdiyimiz istənilən şikayət üzrə məsələnin həll olunması istiqamətində dəqiq araşdırma aparılacaqdır. Biz sizin məlumatlarınıza çox ciddi yanaşırıq. Seçiminiz Fresco olduğu üçün sizə təşəkkürümüzü bildiririk.